22 yaşlı kamança ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı - FOTO

22 yaşlı kamança ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı - FOTO
14:05 26 Aprel 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni bir həyat qurmaq üçün ümid yolçuluğuna çıxan kamança ifaçısı Barış Yazgı dünən Egey dənizində batan qayıqda həyatını itirib. Belçikaya getmək niyyətində olan Barışın cəsədi kaman qutusuna sarılmış halda tapılıb.

Milli.Az "gazetevatan"a istinadla bildirir ki, dünən sığınacaq axtaran şəxslərləri daşıyan daha bir qayıq Egey dənizində batıb. Hadisədən sonra 16 nəfərin cəsədi tapılıb.

Cəsədlərdən biri xilasetmə dəstəsinin üzvlərinin diqqətini çəkib. Belə ki, polislər cəsədi tapanda o kamançasına sarılmış halda idi. 

Qeyd edək ki, 22 yaşlı Barışın niyyəti Belçikada musiqi təhsili almaq imiş. O, viza ala bilmədiyinə görə dəniz yolu ilə ölkəni tərk etmək istəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR