Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb

Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb
14:17 26 Aprel 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyanın Zabaykal diyarının Çita rayonunda “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, təyyarə Çitadan 120 km aralıda yerləşən əraziyə düşüb. Qırıcının göyərtəsində iki pilot olub. Onların vəziyyəti müəyyənləşdirilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qırıcı Buryatiyanın Telemba hərbi poliqonuna düşüb və hər iki təyyarəçi sağdır. İlkin məlumata əsasən, onlar katapultasiya ediblər.
Qeyd edək ki, qeyri-rəsmi mənbələr bir “MiQ-31”in qiymətinin 35 milyon dollar olduğunu bildirirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyanin-miq-31-qirici-teyyaresi-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR