Mövlud Çavuşoğlu: "AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər"

Mövlud Çavuşoğlu: "AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər"
14:42 26 Aprel 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

AŞ PA-dakı bəzi millət vəkilləri PKK-ya ciddi dəstək verirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, rəsmi Ankara AŞ PA ilə münasibətlərinə yenidən baxacaq:

"AŞ PA-nın qalmaqallı qərarı gələcək əməkdaşlığımızı zəiflədən qərardır. Münasibətlərimizə yenidən baxacağıq. Bizi buna məcbur etdilər. Mən bunu istəməzdim. Münasibətlərin yaxınlaşması üçün şəxsən çox səy göstərdim".

M.Çavuşoğlu vurğulayıb ki, Avropa ölkələrində artan irqçilik və ksenofobiya bu qurumlara da sirayət edib:

"AŞ PA-dakı millət vəkillərinin bir qismi PKK terror təşkilatına ciddi dəstək verirlər".

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR