Kreml sözçüsü: “Putin Əsədin vəkili...”

Kreml sözçüsü: “Putin Əsədin vəkili...”
14:43 26 Aprel 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya prezidenti Vladimir Putinin Suriya lideri Bəşər Əsəd haqqında mövqeyi ardıcıldır və yaxşı məlumdur".

Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Əsədlə bağlı mövqeyində dəyişiklik olduğunu bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına cavab olaraq deyib.

“Putin Əsədin vəkili deyil” ifadəsi yeni deyil və ilk dəfə prezident Ərdoğanla telefon söhbətində deyilməyib. Putin bu ifadəni daha əvvəlki müsahibələrində də işlədib. Rusiya prezidenti beynəlxalq hüququn vəkilidir və beynəlxalq hüququn müdafiəçisidir. Bu mövqe üçüncü ölkələr tərəfindən bu və ya digər ölkənin gələcəyi haqqında qərarların qəbul olunmasına icazə vermir. Suriyanın gələcəyi nə Ankara, nə Vaşinqton, nə Paris, nə Berlin, nə də Moskvada müəyyən edilə bilər. Suriyanın müqəddəratının müəyyən edilməsi hüququ yalnız Suriya xalqına məxsusdur”, - Peskov bildirib.

Türkiyə prezidenti “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Bəşər Əsəd Suriya prezidenti olduğu müddətdə bu ölkədə münaqişənin həlli mümkün deyil. Bundan başqa, Ərdoğan deyib ki, Rusiya Suriya lideri haqqında öz mövqeyini yumşaldıb. O, Putinlə telefon söhbətindən sitata gətirib: “Mən Əsədi müdafiə etmirəm, mən onun vəkili deyiləm”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR