Evini fahişəxana edən şəxs vaxtın bitməsini damda gözləyir - "Xəbərim olmayıb"

Evini fahişəxana edən şəxs vaxtın bitməsini damda gözləyir - "Xəbərim olmayıb"
14:47 26 Aprel 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərində polisin təşkil etdiyi fahişəlik əməliyyatında nəzarətə alınan 2 şəxsdən biri həbs olunub.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, Adana Təhlükəsizlik İdarəsinin əməkdaşlarına Yıldız A. (36) adlı qadınla Mehmet Şirin K. adlı şəxsin (38), Əli G. -nin (47) Sarıçam mahalındakı evini fahişəxana kimi istifadəyə verdikləri haqda məlumat daxil olub. Polis özünü müştəri kimi göstərərək Mehmet Şirin K. ilə əlaqə saxlayıb. Polis Mehmet Şirin K. ilə 120 lirə qarşılığında razılaşaraq göstərilən ünvana gəlib. Polis gəlməmişdən əvvəl ev sahibi dama çıxıb. Polis Mehmet Şirin K. -ya pulu verdikdən sonra sənədini göstərib, qadını və onun ortağını nəzarətə götürüb. Polis, səs-küy sonrası damdan enən ev sahibini də nəzarətə alıb.

Şübhəlilər təhlükəsizliyə aparılaraq dindiriliblər. Yıldız A. ifadəsi alındıqdan sonra zərərçəkmiş olduğu üçün sərbəst buraxılıb. Ev sahibi Əli G. evindən fahişəxana kimi istifadə edildiyindən xəbəri olmadığını söyləyib: "Mən evin damına çıxdım, sonra səs gəldi. Bu an aşağı endim və baxdım ki, bunlar evimdə. Mən evimdə fahişəlik edildiyindən xəbərsizəm, bunları da tanımıram".
 
Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR