Gənc qızla evlənən 60 yaşlı polkovinik: "Yaş məsələsi problem deyil

Hərb Tarixi Muzeyinin rəhbəri, polkovnik Əzizağa Qənizadə özündən 28 yaş kiçik xanımla evlənməsi ilə bağlı Metbuat.az-a maraqlı açıqlamalar verib. Polkovnik bildirib ki, yaş məsələsi bizim üçün heç bir problem yaratmır:

“Hərbçi adamam, iki müharibə iştirakçısıyam. Mən 7 il burada olmamışam. Oğlum mənsiz böyüyüb. Müharibədən qayıdandan sonra gördük ki, keçmiş həyat yoldaşımla bir-birimizə yad olmuşuq. Hisslər çoxdan ölüb. Və ondan sonra biz ayrıldıq. Gözəl ailə idi, hər şey yaxşı idi. Amma bizdən asılı deyildi. Anlaşıqlı şəkildə ayrıldıq. Bu müharibə təkcə mənim ailəmi dağıtmayıb. Müharibə on minlərlə ailəni dağıdıb.

Yaş məsələsi bizim üçün heç bir problem yaratmır. Normal insanam. Mən özümü fiziki cəhətdən yaşlı hiss etmirəm. Biz böyük bir kollektivin göz qabağındayıq. Mənim heç evim də yoxdu. Bizi sevgi birləşdirib”.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR