Barak Obamanın “Wall Street”dəki çıxışına görə 400 min dollar qonorar istəməsi kəskin tənqid edilib

Barak Obamanın “Wall Street”dəki çıxışına görə 400 min dollar qonorar istəməsi kəskin tənqid edilib
15:07 26 Aprel 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-ın keçmiş prezidenti Barak Obamanın “Wall Street”də çıxışına görə 400 min dollar qonorar istəməsi kəskin tənqid edilib.
“Report” BBC-yə istinadən xəbər verir ki, “New York Post” qəzeti bu barədə tənqidi məqalə yazıb.
“Qarşıdan gələn tədbirdəki çıxışı Barak Obamanı “Wall Street”in yeni piyli pişiyi edəcək”, - qəzet yazıb.
O, 2009-cu ildə CBS telekanalına müsahibəsində bildirmişdi: “Ağ evə “Wall Street”in piyli pişiklərinə yem paketi verməyə gəlməyib”.
Qeyd edək ki, bu ilin sentyabrında ABŞ-ın 44-cü prezidenti Nyu-Yorkda “Wall Street” maliyyə mərkəzində sağlamlıq məsələləri üzrə konfransda bir gün əsas aparıcı olacaq. Ona görə də mərkəz ona 400 min dollar qonorar verəcək. Bu məbləğ keçmiş prezident Bill Klinton və xanımı, keçmiş dövlət katibi Hillari Klintona veriləcək qonorardan çoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/barak-obamanin-wall-street-deki-cixisina-gore-400-min-dollar-qonorar-istemesi-keskin-tenqid-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR