Premyer Liqanın daha bir yaxşısı bəlli oldu

Premyer Liqanın daha bir yaxşısı bəlli oldu
15:12 26 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının daha bir yaxşısı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, əksər göstəricilərdə olduğu kimi, ən çox quru oyun keçirən qapıçılar arasında 1-ci yerin sahibi də bəlli olub.

"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı "İnter"lə XXVII turun matçında (4:3) qapısında 3 qol görsə də, son matçlar öncəsi ən yaxşı adını təmin edib. Buna onun ən yaxın izləyicisi İbrahim Şehiçin meydana çıxmamağı səbəb olub. "Qarabağ"ın "Sumqayıt"la görüşündə meydana çıxmayan Şehiçin 2-ci pillədən yüksəyə qalxmaq şansı itib.
 
Bezotosnı 27 turda 14 dəfə qapısını toxunulmaz saxlayıb. İbrahimin hesabında 12 görüş olduğundan Dima onun üçün əlçatmazdı. Bu isə o deməkdi ki, aprelin 29-dakı matçlardan asılı olmayaraq Bezotosnı 1-ci, Şehiç 2-cidi.
 
Qeyd edək ki, quru oyunlar sayında 3-cü yerə şərik olan Fərhad Vəliyevlə ("Sumqayıt") Tadas Simaitisin ("Kəpəz") hərəsi 6 belə matç keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR