BƏƏ-nin hərbçisi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb

BƏƏ-nin hərbçisi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb
15:12 26 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Birləşəmiş Ərəb Əmirliyi (BƏƏ) Silahlı Qüvvələrinin çavuşu Abdulla Məhəmməd İssa əl-Xamdi İran Hərbi Dəniz Qüvvələri ilə qarşıdurma nəticəsində ölüb.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu BƏƏ-nin Silahlı Qüvvələr Komandanlığı bildirib.
Məlumata görə, çavuş Abdulla Məhəmməd İssa əl-Xamdi əmirliyə aid sularda döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Hadisə barədə əlavə məlumat yayılmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/bee-herbcisi-i-ran-herbi-deniz-quvveleri-ile-qarsidurma-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR