“Creditinfo-Azerbaijan”ın nizamnamə kapitalı 5 mln. manata yaxın olacaq

“Creditinfo-Azerbaijan”ın nizamnamə kapitalı 5 mln. manata yaxın olacaq
15:32 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanın ilk kredit bürosu məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında fəaliyyət göstərəcək.
Bu barədə “Report”a Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) bildirilib.
Məlumata görə, “Creditinfo-Azerbaijan” adlanacaq şirkətin nizamnamə kapitalı 4,6 mln. manat (təxminən 2,5 mln. avro) təşkil edəcək.
Əvvəlcədən deyildiyi kimi, bu məbləğin 51%-ni və yaxud 2,346 mln. manatını İslandiyanın “Creditinfo” şirkəti, 2,254 mln. manatını isə Azərbaycanın 19 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı (“TBC Kredit” MMC)” və 1 sığorta şirkəti (“PAŞA Sığorta” ASC) təmin edəcək. Başqa sözlə, kredit bürosunun Azərbaycan tərəfdən olan 21 təsisçisinin hər biri onun nizamnamə fonduna 107 333 manat pul qoyacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/creditinfo-azerbaijan-in-nizamname-kapitali-5-mln-manata-yaxin-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR