Bakıdan qayıdan Timati xəstəxanaya çatdırıldı

Rusiyanın məşhur rep-ifaçısı Timati adı ilə tanınan Timur Yunusov Moskvada xəstəxanaya yerləşdirilib.

Metbuat.az-ın məlumatına görə, bu barədə ifaçının PR-meneceri Mariya Kobeleva xəbər verib.

Meneceri bildirib ki, Timatinin səhhətində ciddi problem yoxdur, sadəcə adi müayinələrdən keçmək üçün xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, bu, ifaçının gərgin iş qarfiki ilə əlaqədardır: "Yaxın günlərdə xəstəxanadan buraxılaraq işinə dönəcək".

Qeyd edək ki, aprelin 24-də Timati Bakıda konsert proqramı ilə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR