Türkiyədə rus generalın MEYİTİ TAPILDI - FOTOLAR

Türkiyədə rus generalın MEYİTİ TAPILDI - FOTOLAR
15:48 26 Aprel 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Ərdahan şəhərinin Karagöl məhəlləsində binanın təməlini qazarkən üzərində xaç işarəsi olan tabut tapılıb.

Publika.az
xəbər verir ki, Qars Muzeyinin arxeoloqları tabutun rus generala aid olduğunu ehtimal edirlər.

Tabutdakı skeletin üzərində çürümüş çəkmə və paltonun olduğu aşkarlanıb.

Arxeoloq Solakoğlu bildirib ki, rus generalının olduğu ehtimal edilən tabut XIX əsrə aiddir.

“Ruslar 1878-ci ildən sonra burada yaşayıblar. Ehtimal ki, tabutdakı skelet də rus generalına məxsusdur”, - deyə o bildirib.

Tabut tapılandan sonra şəhərdəki hər kəs ona baxmaq üçün qazıntı yerinə axın edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/196560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR