AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib

AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib
15:57 26 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib. “Report”un assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov və UEFA-nın Məşqçilərin Təhsili şöbəsinin müdiri Frank Ludolf iştirakçılara uğurlar arzulayıb.
Mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Frits Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçiriləcək.
Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər - Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin köməkçisi Mahmud Qurbanov, “Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov, 15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, “Qarabağ” komandasının məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov, “Qəbələ” klubunda baş məşqçi Roman Qriqorçukun köməkçisi vəzifəsində çalışan Ramin Quliyev, “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, eləcə də Elşad Əhmədov, Siyasət Əsgərov, Baba Əsgərov və Zaur Həşimov iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-nin-futbol-akademiyasinda-uefa-nin-pro-kateqoriyali-mesqci-kursunun-1-ci-moduluna-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR