Türkiyə Mərkəzi Bankı faizləri artırıb

Türkiyə Mərkəzi Bankı faizləri artırıb
16:02 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün keçirdiyi növbəti iclasında banklara veriləın gec likvidlik borcvermə faizini 0,5 faiz bəndi artıraraq 11,75%-dən 12,25%-ə çatdırıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, TCMB uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağı həddini 7,25%, yuxarı həddini isə 9,25% səviyyəsində sabit saxlayıb.
TCMB-dən verilən açıqlamada bildirilib ki, inflyasiyanın artmasına mane olmaq məqsədilə Bank monetar sərtləşdirmə tədbirlərini gücləndirməyə qərar verib: "Ehtiyac yaranarsa TCMB əlində olan bütün maliyyə alətlərindən istifadə edərək əlavə monetar sərtləşdirmə həyata keçirəcək".
Faizlərin artırılmasından sonra İstanbul birjasının əsas fond indeksi - "BİST 100" 95 000 bəndə yüksələrək tarixi rekord səviyyə, dolların məzənnəsi isə 3,56 TRY/USD səviyyəsinə qədər geriləyib.
"Report"un analitik qrupu ABŞ prezidentinin bu gün gözlənilən açıqlamaları maliyyə bazarlarının yaxın gələcəkdə istiqamətinə təsir edəcəyini bildirir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiye-merkezi-banki-faizleri-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR