Mikroavtobus partladı: xeyli sayda ölən var - PAKİSTANDA

Mikroavtobus partladı: xeyli sayda ölən var - PAKİSTANDA
16:12 26 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanda sərnişin mikroavtobusunun partladılması nəticəsində 13 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Kurram vilayətinin Qodar şəhərində baş verib.
 
Ölənlər arasında üç qadın və iki azyaşlı uşaq var. Hadisə ilə bağlı məsuliyyəti İŞİD və "Taliban" qruplaşmaları öz üzərinə götürüb.
 
Hadisənin baş verdiyi "qəbilələr zonası" Əfqanıstanla həmsərhəd bölgə yerləşir. Bura yaşayanların əksəriyyəti milliyyətcə puştulardır. Rəsmən mərkəzi hakimiyyətə tabe olan bölgə yarı-muxtar şəkildə yerli qəbilə başçıları tərəfindən idarə olunur. Son 25-30 il ərzində "qəbilələr zonası"nda "Taliban" qruplaşmasının nüfuzu artıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR