Qızıl və ya qədim pullar tapsanız, nə qədəri sizə qala bilər?
ARB TV-nin “Günə doğru” verilişində bu mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.
Misal var ki, "Keçmişini yaxşı bilməyən gələcəyə uğurla addımlaya bilməz". Keçmişi isə bizə tarix göstərir. Tarixin səhifələrini vərəqləməkdə əsas iş arxeoloqların üzərinə düşür. Son illər İmişlidə əməlli başlı tər töküblər. Sözügedən ərazidəki abidələrdə müəyyən tədqiqat işləri aparılıb. Bu abidələrdən qədim sikkələr də aşkar edilib.
Mikayıl Mustafayev – AMEA-mın aparıcı elmi
işçisi: “Həmin abidədən tapılmış müəyyən sikkələr də antik
dövrdən başlayaraq orta dövrə qədər həmin mədəni təbəqələr
izlənilmişdir”.
Bu ilin 11 aprelində İmişlinin Qızılkənd kəndinin sakinlərindən
biri dəfinə tapıb. Dərhal bu barədə aidiyyatı quruma məlumat verib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizimatika şöbəsinin
müdiri Akif Quliyev dəfinə üçün İmişliyə ezam olunanlar sırasında
olub.
Akif Quliyev – AMEA-nın şöbə müdiri: “Bizə 9 ədəd
gümüş draxma təqdim edilib. Tədqiqat zamanı məlum olub ki, bu
Makedoniyalı İsgəndərə aid gümüş pullardır”.
Qeyd edək ki, arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli
əşyalar Arxeologiya və Etnoqrafiya İnstitutunda tətqiq edilir.
Əyarı müəyyən edildikdən sonra həmin əşya tarixi nümunə kimi
qorunur. Bu zaman ortaya hamını maraqlandıran bir sual çıxır. Əgər
sadə bir vətəndaş tarixi dəfinə aşkar edirsə, onu buna görə hansısa
mükafat gözləyirmi? Bu AR Mülki Məcəlləsinin 187-ci maddəsiylə
tənzimlənir. Həmin maddənin 3-cü bəndinə görə.
Akif Quliyev – AMEA-nın şöbə müdiri: “Aşkar
edilmiş mədəniyyət nümunələri qiymətləndirilir, 50 faizi qismində
mükafat tapan şəxsə və ya tapılan aşyanın sahibinə təqdim
edilir”.
Bu məsələdə dəfinə axtarışı aparılan ərazi də nəzərdən
qaçmamalıdır.
Ötən əsrin 80-ci illərindən İçərişəhərdə Arxeologiya və Etnoqrafiya
İnstitutunun muzeyi fəaliyyət göstərir. Bu muzey, ekspanatlarına
görə ölkənin qiymətli muzeylərindən biridir.
Tarixi abidələrimizin mövcudluğuna ziyan gətirəcək hər hansı bir
hadisənin şahidi olduqda dərhal AMEA-nın aidiyyatı bölməsinə
məlumat verməlisiniz. Son zamanlar tarixi əhəmiyyət daşıyan
qiymətli əşyaların qanunsuz satışı barədə də aidiyyatı qurumlara
məlumatlar gəlir. Əlbəttə ki, bu yolverilməz haldır. Bu, sadəcə
qanun pozuntusu deyil, tariximizə qarşı edilmiş bir cinayətdir.