AMB hərraca çıxardığı notların 87%-ni satıb

AMB hərraca çıxardığı notların 87%-ni satıb
16:17 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100756S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 25 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 3 investor 3 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 21 810 000 manat olub.
Sifarişlər 98,8472 manat (14,9945%) – 99,0066 manat (12,9004%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,8472 manat (14.9945%), orta ölçülmüş qiyməti – 98,8788 manat (14,5788%) səviyyəsində AMB tərəfindən müəyyən olunub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 21 810 000 manat (hərraca çıxarılmış həcmin 87,24%-i qədər) məbləğində müəyyən edilib.
Qiymətli kağızların ödəmə tarixi 24 may 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-herraca-cixardigi-notlarin-87-ni-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR