Bu axşam Nobel prospektində piyada keçidləri rənglənəcək

Bu axşam Nobel prospektində piyada keçidləri rənglənəcək
16:17 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bu axşam saat 22:00-dan etibarən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti (Yusif Səfərov küçəsindən "Ağ şəhər"in qarşısınadək və geriyə ) və Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əliyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, bu tədbir Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra olunacaq.
"Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bu-axsam-nobel-prospektinde-piyada-kecidleri-renglenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR