Qazlı içkilərin bu zərərlərini bilən bir də içmir...

Havalar isindikcə sərinləmək üçün qazlı içkilər içmək məcburiyyətində qalırıq. Qazlı içkilər insanda qısa müddətli sərinlik hissi yaratsa da, onun sağlamlığa vurduğu zərərlər çox təhlükəlidir.

“Qazlı içkilər xüsusilə, energetik içkilər insan sağlamlığına birmənalı ziyandır”.

Bunu Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib: “Təsadüfi deyil ki, 2 il yarım əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Xidməti tərəfindən qazlı və energetik içkilərin məktəb müəssisələrində satışının qadağan olunması layihəsi hazırlanıb. Qanuna görə, məktəb bufetlərində, uşaq müəssisələrində qazlı içkilərin satışı qadağandır”.

AİB sədri əlavə edib ki, qazlı içkilərin xüsusilə, energetik içkilərin nə qədər zərərli olduğunu bilmək üçün bulvarda ağ mərmərin üzərinə axşamdan tökülmüş içkinin son vəziyyətinə baxmaq kifayətdir. Bunlar insan orqanizmi üçün ziyandır:

"Təəssüf ki, bu içkilər istehsalçılara elə reklam olunub ki, ondan imtina etmək çətin məsələdir. Azad İstehlakçılar Birliyi məsələ ilə bağlı maarifləndirmə işləri aparır ki, insanlar onlardan içməsin”.

Tibbi ekspert Adil Qeybulla məsələyə münasibət bildirib: “Qazlı içkilərin tərkibini sabit saxlamaq üçün konservantlar əlavə edilir. Bu da müəyyən qədər zəhərlidir. Qazlı içkilərin böyük əksəriyyəti plastik qablarda olur. Bu qabları da Günəş altında saxladıqda “dioksin” adlı toksiki maddə istehsal edir. Bu da insan sağlamlığına zərərlidir”.

Qazlı içkilərin əsas zərərləri ürək xəstəlikləri, diabet, diş çürüməsi, qaraciyər çatmazlığı, hipertansiyon, maddələr mübadiləsi pozuqluqları yaradarkən hər orqana fərqli şəkildə zərər verir. Bengor Universiteti araşdırmaçıları, bu içkilərin asılılıq yaratdığını və yalnız 2 həftə içində bir çox orqanlara qalıcı ziyan verdiyini açıqlayıb.

Sağlamlığımıza zərər verən bu içkilərdən uzaq olmağa çalışaq.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR