Dünyanın ən mənzərəli hava limanları – FOTOLAR

Dünyanın ən mənzərəli hava limanları – FOTOLAR
16:33 26 Aprel 2017
144 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən mənzərəli hava limanlarının adları bəlli oldu.

Publika.az xəbər verir ki, birinci yerdə Karib arxipelaqının Saba adasındakı Xuanço-İrauskin aeroportudur.

Amma bununla yanaşı hava limanı dünyanın 10 ən təhlükəli aeroportundan biri sayılır. Bura yalnız üç tip təyyarənin enişinə icazə var. 400 metrlik eniş zolağı isə dünyada ən qısa hesab olunur.

İkinci gözəl mənzərəli aeroport İrlandiyadakı Doneqoldur. Üçlüyü Fransanın Nitsa şəhərinin aeroportu bağlayır. Bundan başqa onluğa Hibraltar, London-City, Orlando (ABŞ), Barra (Britaniya) və digər aeroportlar daxil edilib.

Sorğu daimi səyahət edən insanlar arasında online aparılıb. Sorğuya dünyanın 122 hava limanı daxil edilib.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/foto/196566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR