Ermənilər azərbaycanlı müğənniyə ikinci dəfə hücum etdi

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən, ölkəmizin adını birinciliyə daşıyan müğənni Eldar Qasımovun "İnstaqram" səhifəsi ermənilər tərəfindən yenidən ələ keçirilib.

Metbuat.az xəbər verir ki, səhifə bir dəfə şikayətlə bağlansa da, ermənilər yenidən səhifəni aktiv edərək paylaşımlar etməyə başlayıb. Səhifədə ermənilər Eldardan qisas aldıqlarını yazırlar. Məsələ ilə bağlı Eldar Qasımov Metbuat.az-a danışıb:

“Mən anlamıram ki, onların mənimlə nə problemi var?! Yazıblar ki, "səndən qisas almışıq". Ortada qisaslıq heç bir şey yoxdur. Hər halda, elədikləri heç vecimə də deyil. Mən öz işlərimlə məşğulam. İşim başımdan aşır”.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR