Bakıda üçüncü əczaçılıq zavodu tikiləcək

Yayda Azərbaycanda üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev yayda Pirallahı Sənaye Parkında "VPS Healthcare" şirkəti ilə birgə əczaçılıq zavodunun təməlinin qoyulacağı gözlənilir.

Onun sözlərinə görə, bu barədə fevral ayında "VPS Healthcare" şirkəti "Azərbaycan İnvestisiya Şirkəti" ilə müvafiq memorandum imzalayıb.

S.Babayev əlavə edib ki, bu razılaşma üzrə gələn ay hər iki tərəfin iştirakı ilə görüş keçirilək ki, məhz burada birgə istehsalın detalları müzakirə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR