Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
17:04 26 Aprel 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparacaq. ASC-dən Lent.az-a verilən məlumata görə, bu  axşam 22:00- dan etibarən Xətai rayonu, Nobel prospekti (Yusif Səfər küçəsindən Ağ şəhərin qarşısına kimi və geriyə ), Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əlyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətləri rənglənəcək.

 

Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR