"AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir"

"AŞ PA-nın qərarında əsas məqsəd Türkiyəyə təzyiq göstərməkdir"
17:05 26 Aprel 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarında əsas məqsəd rəsmi Ankaraya təzyiq göstərməkdir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Texnologiyalar və İqtisadiyyat Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı, politoloq Toğrul İsmayıl deyib.

Ekspert qeyd edib ki, 2004-cü ildə əslində Türkiyə bu vəziyyətdən çıxıb, təkrar bu vəziyyətə dönmək isə təbii ki, müsbət hal deyil:

"Fikrimcə, Avropanın bu qərarı ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək".

T.İsmayıl xatırladıb ki, bu səbəbdən Türkiyə Xarici İşlər Nazirliyi artıq ciddi şəkildə etirazını bildirib və vəziyyətin doğru yöndə qiymətləndirilməsini istəyib:

"Avropadakı bəzi siyasi qrupların əlinə Türkiyədəki çeviriliş cəhdindən sonra bir fürsət düşüb. Onlar bu fürsətdən istifadə edərək Türkiyənin bir sıra terror qruplarına qarşı mübarizə əzmini zəiflətmək istəyirlər".

Politoloq bildirib ki, Avropa siyasətçiləri Türkiyənin daxili işlərinə müdaxilə etməyə çalışırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR