Astarada bu il taxıl terminalının inşası planlaşdırılır

Astarada bu il taxıl terminalının inşası planlaşdırılır
17:17 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bu il ərzində Astara (Azərbaycan) - Astara (İran) dəmiryolu layihəsi çərçivəsində tutumu 30 min tondan 60 min tonadək olan taxıl terminalının tikintisi planlaşdırılır.
Bunu "Report"a açıqlamasında "AzRusTrans" şirkətinin baş direktoru Cavid Quliyev bildirib.
C.Quliyevin sözlərinə görə, hazırda bu layihə işlənib hazırlanma mərhələsindədir.
"AzRusTrans" şirkəti Astarada müəyyən torpaq sahəsi icarəyə götürərək, taxıl və taxıl məhsullarının saxlanılması üçün nəzərdə tutulan terminalın tikintisini həyata keçirəcək. Tikintinin bu il ərzində həyata keçirilməsi planlaşdırılır. Orada bir neçə fazanın olması nəzərdə tutulub. Tutumu 30-60 min ton olan taxıl terminalının quraşdırılması nəzərdə tutulub. Müəyyən müddətdən sonra isə terminalın həcmi böyüdüləcək", - deyə C.Quliyev qeyd edib.
C.Quliyev əlavə edib ki, qeyd edilən marşruta böyük tələbat var: "Astara-Astara marşrutu üzrə icrası yekunlaşdırılmalı olan işlərin qısa müddətdə bitməsini istəyirik. Bu, müştərilərimizə qısa müddətdə konkret təkliflər təqdim etməyimizə imkan verə bilər".

Xəbərin orijinal ünvanı: https://report.az/ask/astarada-bu-il-taxil-terminalinin-insasi-planlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR