İsmayıllı və Göyçayda modul məktəblərlə tanışlıq üçün media tur keçirilib

İsmayıllı və Göyçayda modul məktəblərlə tanışlıq üçün media tur keçirilib
17:17 26 Aprel 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay. 26 aprel. REPORT.AZ/ İsmayıllı və Göyçay rayonlarında modul tipli məktəblərlə tanışlıq üçün media tur təşkil edilib.
"Report"un yerli bürosunun verdiyi xəbərə görə, media turun məqsədi həmin bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etməkdir. 
Əvvəlcə media nümayəndələri İsmayıllı rayonunun Yenikənd kənd tam orta məktəbinə baş çəkiblər. Media nümayəndələrinə məlumat verilib ki, ötən ilin sentyabr ayında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində 3 məktəb təhvil verilib.
Daha sonra tur çərçivəsində media nümayəndələri Göyçay rayonunda olublar. Rayonun Haçıağabəyli kəndində yeni quraşdırılan modul tipli məktəbə baxış kecirilib. Nazirlik rəsmiləri jurnalistlərə bildiriblər ki, Təhsil Nazirliyinin layihəsinə əsasən Azərbaycanda yeni tipli modul məktəblərin inşasına başlanılıb. Qəzalı məktəblərə şamil olunan bu yeniliyə ölkənin ucqar kəndlərindən start verilib. İlkin olaraq ölkənin bir neçə rayonunda nəzərdə tutulan modul tipli məktəblərdən biri də Göyçayda yaradılır. Hazırda Yeniarx kənd orta məktəbin balansında olan Hacıağabəyli kənd sinif kompilektində 40 şagird üçün nəzərdə tutulub. Yeni qurulan modul tipli məktəbdə 4 sinif otağı, müəllimlər otağı və sanitar qovşaq mövcuddur.
Bildirilib ki, 2017-2018-ci illərdə 232 məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Cari ilin sonuna qədər100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. May ayının sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub.
Modul tipli məktəblər sinif və müəllimlər otağı, sanitar qovşaq, istilik sistemi ilə təmin edilib.Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur, həmçinin, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır. 





Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/i-smayilli-ve-goycayda-modul-mekteblerle-tanisliq-ucun-media-tur-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR