8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ

8 yaşdan yuxarı 37 uşaq I sinfə gedəcək - RƏSMİ
17:17 26 Aprel 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu günə olan məlumata görə, 8 yaşdan yuxarı 37 uşaq mektebeqebul.edu.az saytı vasitəsilə I sinifə qəbulla bağlı elektron qeydiyyatdan keçib".

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilib ki, həmin uşaqların 19-u oğlan, 18-i isə qızdır. Onlardan ən böyüyü 2001- ci il təvəllüdlü, ən kiçiyi isə 2007-ci il təvvəllüdlüdür.

Həmin uşaqların gec yaşda məktəbə getməsi valideyn səhlənkarlığı, validenylərin daim bir yerdə yaşamaması, ailə problemləri və digər səbəblərlə bağlıdır.

Qeyd edək ki, uşaqların I sinfə qəbulu prosesi 15 sentyabr 2017-cı il tarixinədək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR