20 yaşdan boyu uzatmaq mümkündürmü?

20 yaşdan boyu uzatmaq mümkündürmü?
17:18 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Günümüzdə insanların çoxu boyunun qısalağından şikayət edir. Əslində boy kompleksinin olması psixoloji baxımdan vacib mövzudur. Məsələ ondadır ki, öz zahiri görkəmindən məmnun olan insan həyatda daha xoşbəxtdir, iş həyatında isə daha aktiv, enerjili, gülərüz və liderlik xüsusiyyətlərinə malik olur.

Boyun uzanmasına təsir edən faktorlar nələrdir?

Çoxları insan boyunun uzanmasını genetik amillərlə izah edir. Lakin araşdırmalar göstərir ki, boyun uzunluğu tamamilə ana və ata ilə bağlı deyil. Boy əslində yuxu, idman, coğrafi mövqe, həyat səviyyəsi, qidalanmadan çox asılıdır.

Publika.az xəbər verir ki, türkiyəli mütəxəssislərin fikrincə, balıq dərisi boy uzadan ən təsirli vasitədir. Torik, skumbriya, kefalın belində olan qara ətli hissəsini həftədə 250 qram olmaqla həftədə 3 dəfə qızardıb yeyib. Bu, xüsusilə 13 yaşlı uşaqların boyunu uzatmaq üçün faydalıdır.

Digər iddialara görə, rozmarin çayı kişilərin, melisa çayı isə qadınların boyu uzadır. Bu bitkiləri adi qaydada dəmləyib 6 ay ərzində həfətə bir dəfə və 1 stəkan içməlisiniz.

Boy uzadan idmanlar müsbət nəticə göstərrimi?

Əlbəttə ki, boy uzadan məşqlər təsirlidir. Bu hərəkətlər qamət əyriliyini düzəldir, onurğa aralarını açdığı üçün boyun uzanmasına ciddi şəkildə təsir edir. Lakin məşqlər müəyyən vaxt ərzində, sıra ilə, həm də özəl qidalanma formulları əsasında yerinə yetirilməlidir. Araşdırmaların nəticələrinə görə, 20 yaşdan sonra idman edərək boyu maksimum 4 sm uzatmaq mümkündür.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/196574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR