Elza Seyidcahan: “O itlərin toyuna gedərdim

Son günlərdə biznesmenin öz itlərinə toy etməsi ölkə gündəmini zəbt edib. Kimisi onun bu hərəkətini qınayır, kimisi dəstək verir.

Metbuat.az xəbər verir ki, ona dəstək verənlərdən biri də heyvanlara illər öncə konsert verən Əməkdar artist Elza Seyidcahandır. Elza Seyidcahan bu gün APA TV də yayımlanan "İlham Tumasla 40 dəqiqə" verilişinə canlı yayımda qoşularaq, çağrıldığı halda həmin toyda iştirak edə biləcəyini vurğulayıb:

“Mən hazırda avtomobildə gedirəm və yanımda görkəmli şəxsiyyətlər var. Bəstəkarlar İttifaqlarının sədrləri, katibləri və musiqiçilər də itlərə toy edilməsinə dəstək verirlər. Çünki onlar əsl ziyalıdırlar. Hər kəs öz heyvanına necə yanaşırsa, bu onun şəxsi işidir. O iş adamıdır, heyvanlarına belə yanaşır. Bəlkə də mesaj vermək istəyir ki, mən heyvanlara belə dəyər verirəmsə, gör insanlara necə dəyər verirəm. Və ya insanlara mesajdır ki, bir-birinizə dəyər verin.

Mən o toya getsəm də, öz ampluamdan çıxmazdım. Çünki dəvət olunubsa getmək lazımdır. Mən canlılara dəyər verirəm və təbii ki, gedərdim. Bu dəqiqə insanlar bir-birinə dəyər vermirlər, meyillərini heyvanlarına salırlar. Özü də gördüm ki, həmin itlər Rokfeller cinsindəndir. Bu itlər həm bahalı, həm də ağıllı cinslərdəndir. Yəni, əsilli-nəsilli, soylu-köklü itlərdən hesab olunur”.

Aparıcı İlham Tumas Elza xanımın bu açıqlamasına "İnsanları gözümdən saldın" reaksiyasını verib.

Daha ətraflı videoda izləyin:
Rəvan Nasiroğlu



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR