ÜST: Dünyada 400 mindən çox insan malyariya xəstəliyindən ölüb

ÜST: Dünyada 400 mindən çox insan malyariya xəstəliyindən ölüb
17:22 26 Aprel 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Dünyada 212 milyon insan malyariya xəstəliyinə yoluxub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda bildirilib.
Təşkilatın məlumatına görə, 2015-ci ildə 90 faizi Afrika qitəsi ölkələrində olmaqla, dünya üzrə 212 milyon nəfər malyariya xəstəliyinə tutulub və həmin insanlardan 429 mini ölüb. 
Hesabatda vurğulanıb ki, malyariya daha çox Afrika qitəsində yerləşən ölkələrdə yayılıb.
Hesabatda qeyd olunub ki, 2000-ci ilin əvvəlindən etibarən bu xəstəliyə tutulanların sayında ciddi azalmalar müşahidə edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/dunyada-400-minden-cox-insan-malyariya-xesteliyinden-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR