Çin hərb maşını Rusiyanı keçdi - FOTO

Çin hərb maşını Rusiyanı keçdi - FOTO
17:22 26 Aprel 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Çində bütünlüklə ölkədə hazırlanmış ilk aviadaşıyıcı kreyser istifadəyə verilib. "Şandun" adlı bu gəmi Rusiyadakı Qara dəniz gəmiqayırma zavodunda inşa olunmuş "Lyaoin" aviadaşıyıcı gəmisinin daxil olduğu 1143.5 sovet layihəsinin davamıdır.

Milli.Az Xinhua-ya istinadən bildirir ki, "Şandun"un suya salınması mərasimində Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini Fan Çanlun da iştirak edib.

Kreyser Çinin şimal-şərqindəki Dalyan limanında yerləşən "Dalian Shipbuilding Industry Company" şirkətinin tərsanəsində inşa olunub. İnşaat 3 il çəkib.

Dalyanda 35 J-15 qırıcısı olacaq.

Defense News-un məlumatına görə, "Şandun"un su tutumu 59500 ton, eni 75 metr, uzunu 304 metr, sürəti 29 knot, hərəkət uzunluğu isə 8 min dəniz milidir.

"Şandun" Cənubi Çin dənizində olacaq. Çin buradakı Haynan adasında atom sualtı qayıqlarını bazasını yerləşdirib.

"Şandun"un istifadəyə verilməsi aviadaşıyıcı gəmilər komponenti baxımından Çinin Rusiyanı keçməsi deməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR