Autizmli uşaqların xor və ritm konserti

Autizmli uşaqların xor və ritm konserti
17:22 26 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

"Birgə və Sağlam" ictimai birliyi, Natiq Ritm Qrupu, Paşa Bank, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi və "Lider Qadınlar" İctimai birliyinin təşkilatçılığı ilə aprel ayının 30-da saat 13:00-da Milli Muğam Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə xor və ritm konserti baş tutacaq.

Milli.Az bildirir ki, "Autizm-Fərqli və Bizdən Biri" adlanan konsertdə Azərbaycanda ilk dəfədir səhnəyə autizmli uşaqların xor və ritm qruppası çıxacaq. Hər zaman böyük qayğıya ehtiyacı olan bu uşaqları səhnəyə ölkəmizin tanınmış sənət insanı - əməkdar artist Natiq Şirinov hazırlayıb. Konserti "Birgə və Sağlam" ictimai birliyinin reabilitasiya mərkəzinin uşaqları nümayiş etdirəcək. Eyni zamanda səhnəni ölkəmizin autizmli uşaqlarə ilə birgə Türkiyənin İzmir şəhərinin İZOT - İzmir Otizm Orkestrasının autism sindromlu uşaqları paylaşacaq. Tədbirin düzənlənməsində bizim yanımızda olan Paşa Bankın dəstəyi ilə baş tutan tədbir həm də maarifləndirici xarakter daşıyır. Konsertin aparıcılığını tanınmış bəstəkar - müğənni Murad Arif edəcək. Məlumat üçün bildirək ki, aprel ayi Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən Ümumdünya Autizm Maarifləndirilməsi ayı kimi qeyd edilir. Bu səbəbdən də tədbir boyu qonaqlarımızın "Autizm nədir?" sualına cavab tapması üçün müxtəlif qısametrajlı filmlər göstəriləcək, autizmi anladan bukletlər paylanacaq. Ətrafındakı insanlardan anlayış, sevgi, qayğı gözləyən bu uşaqların cəmiyyətə inteqrasiyası baxımından da tədbirimiz mühüm əhəmiyyət kəsb edir. Çox maraqlı proqramla təqdim olunacaq konsertimizə əməkdar artist Tünzalə Ağayeva və "O səs Azərbaycan" komandası, bir sıra sənətçilər dəstək olacaqlar. Tünzalə xanım musiqisi ona, sözləri Murad Arifə məxsus autizmli uşaqlara həsr etdikləri "Fərqliyəm" mahnısı - autizm himnini ifa edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR