Bu oğlan 160 yaşlı qocanın bədənində yaşayır

21 yaşlı gənc 160 yaşlı qocanın bədənində yaşayır.

Metbuat.az xəbər verir ki, 21 yaşlı hindistanlı genetik xəstəlikdən əziyyət çəkir. O, öz yaşıdlarına nisbətən 8 dəfə tez böyüyür.

Oğlanda xəstəliyin simptomları 2 yaşından özünü göstərməyə başlayıb. Hazırda 21kq çəkisi var.

Proqeriya xəstəliyi 8 milyon doğumdan birində müşahidə olunur və oğlanların qızlara olan nisbəti 1:5 şəklindədir. Xəstələr əsasən cinsi yetişkənlik və cinsi təcrübə yaşına çatmadıqları üçün xəstəliyin valideynlərdən uşağa keçmə riskinin olması hazırki dövrə qədər qeydə alınmayıb.

Səbəbləri arasında valideyn yaşına bağlı mutasiyaların olduğu deyilir. Xəstələrin təxmini doğum çəkisi 2700 qr olur və xəstəliyin başlanğıcı postnatal mərhələnin ilk bir neçə ilində müşahidə edilir. Dünyada 80 belə xəstə var.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR