İstanbulda avtobus partladı

Türkiyənin İstanbul şəhərində avtobus partlayıb.

Pendik rayonunda Sabiha Gökçen hava limanı yolunda hərəkət edən özəl universitetlərdən birinə məxsus xidməti avtobusda baş vermiş partlayış nəticəsində 7 tələbə yaralanıb.

Əraziyə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yol bağlanıb.

Hadisənin səbəbi hələ bilinmir.

XXX

Türkiyənin İstanbul şəhərində mini avtobusda baş vermiş partlayışın təfərrüatları məlum olub.

Özünü tələbə kimi aparan bir nəfər çantasını avtobusa qoyduqdan sonra tez bir zamanda qayıdacağını deyib və ərazidən uzaqlaşıb. Sürücü bir qədər gözlədikdən sonra avtobusu hərəkətə gətirib və yolda olarkən çantadakı partlayıcı qurğu işə düşüb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Bundan əvvəl 7 nəfərin yaralandığı bildirilirdi.

//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR