Ukraynada azərbaycanlı saxta mallar satarkən tutuldu - FOTO

Ukraynada azərbaycanlı saxta mallar satarkən tutuldu - FOTO
17:32 26 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna polisi ölkəyə qanunsuz yolla gətirilmiş mallar satan köşk aşkarlayıb.

Milli.Az virtualaz.org -a istinadən xəbər verir ki, bu barədə Krivoy Roq Polis İdarəsi məlumat yayıb. Sobornaya küçəsində yerləşən köşkün sahibi Azərbaycan vətəndaşıdır.

O, Rusiya və Moldovada istehsal olunmuş siqaretlər satırmış. Köşkdə satılan mallar ölkəyə qanunsuz keçirilib və heç bir sənədi yoxdur.

Mənbənin məlumatına görə, Azərbaycan vətəndaşı özü də Ukraynaya ötən il dekabrın 15-də qanunsuz yollarla keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/538987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR