Rusiyada dollar bahalaşıb

Rusiyada dollar bahalaşıb
17:37 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiyada ABŞ dollarının məzənnəsi bu gün, aprelin 26-da kəskin yüksələrək 57 rubl səviyyəsinə yaxınlaşıb. "Report" xəbər verir ki, buna səbəb Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun açıqlamaları olub. 
Nazir bildirib ki, Rusiyanın kənd təsərrüfatı malları üçün dolların ən optimal məzənnəsi 60-65 RUB/USD diapazonudur. Dolların məzənnəsi son bir neçə saatda 1,4% artıb. 
Qeyd edək ki, dolların bahalaşmasına digər bir səbəb neftin ucuzlaşaraq 52 dollar/barelə enməsi amili göstərilir. Rusiya maliyyə bazarlarına sərmayə qoyan investorlar OPEC-in 25 may iclasında hasilatın azaldılması qərarının vaxtının uzadılmaması riskini gözdən keçirərək investisiyalarını azaltmaq istədikləri müşahidə olunur.
"Report"un analitik qrupu Rusiyada dolların məzənnəsinin 60 RUB/USD səviyyəsinə yaxınlaşacağını proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rusiyada-dollar-bahalasib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR