Baş Prokurorluq Azərbaycan şirkətlərinə qarşı başlanmış cinayət işlərinə dair yayılan informasiyalara aydınlıq gətirib

Baş Prokurorluq Azərbaycan şirkətlərinə qarşı başlanmış cinayət işlərinə dair yayılan informasiyalara aydınlıq gətirib
17:42 26 Aprel 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Baş Prokurorluğu KİV-lərdə Azərbaycan şirkətlərinə qarşı başlanmış cinayət işlərinə dair yayılan informasiyalara aydınlıq gətirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Ukrayna Prokurorluğunda Azərbaycan şirkətlərinə qarşı cinayət işinin başlanması barədə yayılan informasiyalarda göstərilən xüsusatların həqiqiliyi Azərbaycan Baş Prokurorluğu tərəfindən Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə araşdırılır.
“Göstərilənlərlə əlaqədar Ukrayna Baş Prokurorluğu ilə müzakirələr aparılır”, - deyə, Baş Prokurorluqdan bildirilib.   

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bas-prokurorluq-azerbaycan-sirketlerine-qarsi-baslanmis-cinayet-islerine-dair-yayilan-informasiyalar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR