Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü münasibəti ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Açıq qapı” aksiyası keçiriləcək.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, aksiya sabah keçiriləcək.

Sabah səhər 9:00-dan 15:00-a kimi Mərkəzin Oftalmologiya şöbəsinin mütəxəssisləri vətəndaşların təmənnasız müayinələrini icra edəcəklər. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR