Tələbələrimiz hədiyyə fondu $ 20 000 olan çempionatda qalib gəldilər - FOTO

Tələbələrimiz hədiyyə fondu $ 20 000 olan çempionatda qalib gəldilər - FOTO
17:52 26 Aprel 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Kiyevdə dünyanın 10 ölkəsindən innovativ layihələr toplayan Beynəlxalq IT-Çempionatının final mərhələsi baş tutdu. 300-dən artıq ən güclü iştirakçılar $ 20 000 hədiyyə fondu uğrunda mübarizə apardılar.

STEP İT Akademiyası ardıcıl olaraq 10 ildir ki, "Golden Byte" beynəlxalq IT-çempionatını təşkil edir. STEP IT Akademiyasının baş direktoru, "Golden Byte" çempionatının ideya müəllifi və təşkilatçısı Dmitriy Korçevski: "Biz "GoldenByte" çempionatını ona görə yaratdıq ki, istedadlı gəncləri xoş bir məqsəd ətrafına toplayaq - bilik və texnologiyaların köməyi ilə dünyanı dəyişmək, insanlara fayda gətirəcək innovasiya yaratmaq. Əminliklə deyə bilərik ki, biz buna nail ola bildik! Doqquz ildir ki, ardıcıl olaraq, tələbələrin müsabiqədə iştirak etmələri üçün əvvəlcə layihələr yaratdıqlarının, sonra isə öz ideyalarını startaplara çevirərək, həyata keçirmələrinin şahidi oluruq. Bu çox gözəldir!"

Tələbələr "İnvent. Create. Change" şüarı altında birləşən 10 fərqli nominasiyada öz layihələrini təqdim etdilər. Bu il 10 000-dən artıq insan öz layihəsini çempionata təqdim edib.

Mükafatçı-layihələr arasında məhdud imkanlara malik olan insanların həyatını dəyişə biləcək və onlara müasir texnologiyanın imkanlarından yararlanmağa kömək edəcək bir çox sosial layihələr var idi. Mükafata layiq görülən startapçılar gözdən əlil uşaqlara yardım edirlər, bu layihə gözdən əlil uşaqlara mobil telefon vasitsəilə şəhərdə hərəkət etməyə və istənilən idarəni asanlıqla tapmağa yardım edəcək.

Golden Byte müsabiqəsində ilk dəfə iştirak edən və 6 nominasiya üzrə Azərbaycanı təmsil edən tələbələr, Bakıya iki qızıl və iki bürünc medalla qayıtdılar. Onlardan biri cəmi 6 ay fəaliyyətdə olan STEP IT Academy Azerbaijan tələbəsidir.

E-Tap komandası - Elvin Cuvarov, Orxan Qədirov. WEB Design nominasiyasında 1-ci yer

Vaqif Rüstəmov, Character design nominasiyasında 1-ci yer

JavaSet komandası - Yusupov Əsəd, Nicat Cavadov, Startup Challenge nominasiyasında 3-cü yer

Savefy komandası- Tural Səlimli, Məmməd Kərimli, Fəhmin Zakirli, Internet of Things nominasiyasında 3-cü yer

Finalçıların bir qismi final mərhələsi zamanı iş və təcrübə təkliflərini aldılar. Layihələri Ukraynanın və dünyanın ən böyük İT şirkətlərinin nümayəndələri qiymətləndirirdilər, məsələn, Yevgeniy Şvarov (Intersystems şirkəti), Yevgeniy Kudryavçenko (Vintage veb-studiyasının direktoru), Aleksey Mas (Kiyevstar), Svetlana Bovkun (KyivMakerFaire şirkətinin müştərək təsisçisi) "Kvartal 95" studiyasının nümayəndələri, Anna Tkaçenko (Rəqəmsal istiqamətin direktoru və 1+1 media strategiyası və inkişafı üzrə direktor), Dmitriy Litvinenko (STB televiziya kanalının art-direktoru), Vladislav Kurmaz (GlobalLogic əsas yaradıcısı), Papilev Aleksey (Lifecell əlavələrinin mobil idarəsi üzrə ekspert) və digərləri.

"Golden Byte" Beynəlxalq Çempionatı Azərbaycanın və Ukraynanın Təhsil Nazirliklərinin, habelə Kiyev şəhər administrasiyasının dəstəyi ilə keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR