Azərbaycanda QORXUNC HADİSƏ - Avtomobil transformatora çırpıldı

Azərbaycanda QORXUNC HADİSƏ - Avtomobil transformatora çırpıldı
17:52 26 Aprel 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik rayonunda  idarəetmədən çıxan avtomaşın transformatora çırpılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lerik-Kəlvəz yolunun Lerik şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lerik rayon Kəlvəz kənd sakini İlqar Rəcəblinin idarə etdiyi  "VAZ 2107" markalı avtomobil 400 kv. gücündə olan transformatora çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.  
 
Qəzaya səbəb kimi yüksək sürət nəticəsində idarəetmənin itirilməsi göstərilir. Avtomaşına və transformatora ciddi ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR