"Rza Zərrab atamın oğlu deyil, lakin..."

"Rza Zərrab atamın oğlu deyil".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayibb Ərdoğan bildirib. O qeyd edib ki, buna baxmayaq sözügedən şəxs türkiyə vətəndaşıdır və bütün hüquqi yardımlar ediləcək:

"May ayında Trampla görüşümüz zamanı Suriya, İraq, terrorla mübarizə ilə yanaşı, Rza Zərrab haqda da danışacam. Düzdür, Zərrab atamın oğlu deyil, lakin o, Türkiyə vətəndaşıdır. Əgər günahı sübut olunarsa, ədalət qarşısında cavab verməlidir. Əks halda vətəndaşımızdan heç bir vəchlə imtina etməyəcəyik".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR