Rusiya Suriyadakı Hmeymim bazasından aviaqruplaşmalarının yarısını çıxarıb

Rusiya Suriyadakı Hmeymim bazasından aviaqruplaşmalarının yarısını çıxarıb
17:57 26 Aprel 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Rusiya əvvəlcədən Suriyadakı Hmeymim bazasında yerləşən aviaqruplaşmalarının təxminən yarısını çıxarıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy VI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında bildirib.
Onun sözlərinə görə, ölkədə terror qruplaşmalarının sayı azaldığından hərbçilər təyyarələrin sayını azaltmağı mümkün hesab edib.
S.Rudskoy deyib ki, Suriyada hərbi əməliyyatların başlamasından bu yana Rusiyanın Hava-Kosmik Qüvvələri 23 mindən çox hərbi uçuş həyata keçirib və yaraqlıların mövqelərinə 77 minə yaxın aviazərbə endirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-suriyadaki-hmeymim-bazasindan-aviaqruplasmalarinin-yarisini-cixarib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR