Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi

Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi
17:57 26 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devini qəbul edib.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb. Xüsusilə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini xatırladaraq, səfər əsnasında keçirilmiş görüşlərin və səsləndirilən bəyanatların Azərbayacn-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaratdığını deyib.

L.Devin Bakıda saziş layihəsi üzrə aparılan danışıqların məhsuldar keçməsindən məmnunluğunu ifadə edib. Danışıqların tezliklə yekunlaşdırılması üçün görüşlər və video konfranslar vasitəsilə təmasların davam etdiriləcəyi bildirilib. O həmçinin Avropa İttifaqı və Azərbaycan arasında ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR