"Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır" - Ekspert

"Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır" -  Ekspert
18:05 26 Aprel 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

"Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı bu ölkəyə təzyiq göstərmək məqsədilə qəbul edilmiş növbəti qərardır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, "Analitika Yuqa Rossii" jurnalının baş redaktoru Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, bu qərar Türkiyəyə yeni ittifaqlar qurmaq zərurətini göstərəcək: "AŞPA-nın bu addımında mən müsbət cəhət görürəm. Fikrimcə bu, ölkə üçün yeni imkanlar yaradacaq ki, sürətlə dəyişən müasir dünyada düzgün siyasi istiqamətlər seçsin".

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR