Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb

Terrorçu PYD Türkiyənin sərhədyanı bölgəsindəki polis bölməsinə raket atıb
18:07 26 Aprel 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu PYD Türkiyənin Hatay bölgəsindəki 2 polis şöbəsinin binasına raket atıb.
“Report” "Ulusalkanal"a istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
İnformasiyaya əsasən, terrorçu PYD silahlıları Suriyanın Afrin bölgəsindən və Bəşşar Əsədə bağlı silahlılar isə ölkənin başqa ərazisindən Türkiyənin sərhəddə yerləşən Hatay əyalətinin iki polis bölməsinə havadan iki ayrı hücum edib.
Məlumata görə, hücum nəticəsində itki və dağıntı olmayıb. Xəbərdə bildirilib ki, Türkiyə hərbçiləri hücuma raket atəşləri ilə cavab veriblər. 
Qeyd edək ki, Hatay bölgəsi Suriya sərhəddə yerləşir. 





Xəbərin orijinal ünvanı: https://report.az/region/terrorcu-pyd-turkiyenin-serhedyani-bolgesindeki-polis-bolmesine-raket-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR