Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək
18:12 26 Aprel 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan “Təhsil” Cəmiyyəti Qeyri-hökümət Təşkilatının və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək.
"Report" xəbər verir ki, 29-30 aprel tarixlərində Bakıdakı “Hilton” otelində Türkiyə universitetlərinin və yataqxanalarının iştirakı ilə növbəti təhsil sərgisi təşkil olunacaq. Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanları, yataqxanalar və digər məsələlər barədəətraflı məlumat veriləcək. Həmçinin bu universitetlərin pulsuz və təqaüdlü təhsil imkanları haqqında da geniş məlumat veriləcək.
Sərgidə Türkiyənin 20-dən artıq dövlət və özəl universitetləri iştirak edəcəkdir. İştirakçı universitetlərdən bir çoxu yeni dərs ilində azərbaycanlı tələbələr üçün endirimli qiymətlərini təqdim edəcəklər. Sərgidə Bilkent Universiteti, Beykent Universiteti, Doğuş Universiteti, İstanbul Aydın Universiteti, Bahçeşehir Universiteti, Sabancı Universiteti, İstanbul Bilgi Universiteti, TED Universiteti, İstanbul Kemerburgaz Universiteti, İğdır Universiteti, Üsküdar Universiteti, İstanbul Şehir Universiteti, İstinye Universiteti, Artvin Çoruh Universiteti, Fatih Sultan Mehmet Universiteti və Türkiyənin digər dövlət və özəl universitetləri iştirak edəcəklər.
"Report"un informasiya dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulub. Sərgiyə giriş ödənişsizdir. Ətraflı məlumat və onlayn qeydiyyatdan keçmək üçün akademi.az müraciət olunmalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-turkiye-universitetlerinin-tehsil-sergisi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR