Prezident İlham Əliyev Niderland kralını təbrik edib

Prezident İlham Əliyev Niderland kralını təbrik edib
18:12 26 Aprel 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb. 
"Report"un məlumatına görə, təbrikdə deyilir: 
"Əlahəzrət,
Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
50 yaşınızın tamam olduğu belə bir xoş gündə Sizə bu əlamətdar yubileyiniz münasibətilə ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Niderland xalqına daim sülh və firavanlıq diləyirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-niderland-kralini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR