Messiyə qarşı PLAN: "Meydana qandal və silahla çıxın"

Messiyə qarşı PLAN: "Meydana qandal və silahla çıxın"
18:37 26 Aprel 2017
204 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının autsayderi "Osasuna" bu gün XXXIV tur çərçivəsində "Barselona"nın qonağı olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Osasuna"nın baş məşqçisi Peter Vasilyeviç oyunöncəsi təşkil edilən mətbuat konfransında rəqibin hücumçusu Lionel Messinin ünvanına tərif yağdırıb.

Serbiyalı mütəxəssis jurnalistin "Messini necə dayandıracaqsınız" sualını özünəməxsus şəkildə zarafatla cavablandırıb. O, argentinalının qarşısını almağın mümkünsüz olduğunu söyləyib: "Messi üçün bir plan tapmalıyıq. Futbolçulara meydana qandal və silahla çıxmalarını tapşırdım. Messi oyunu ilə insana zövq verən, çox ağıllı futbolçudu. 10 dəqiqə ərzində istədiyi hər şeyi edə bilir".
 
Qeyd edək ki, "Barselona" - "Osasuna" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/539011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR