"AŞ PA-nın Türkiyə ilə bağlı qərarı reallığı əks etdirmir"

"AŞ PA-nın Türkiyə ilə bağlı qərarı reallığı əks etdirmir"
18:47 26 Aprel 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı siyasi qərardır və reallığı əks etdirmir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin deputatı Haluk İpek deyib.

Onun sözlərinə görə, Avropada bəzi qüvvələr ksenofobiyanı dəstəkləyir: "Türkiyənin Maastrixt və Kopenhagen meyarlarına əməl etməsinə baxmayaraq, Aİ ölkənin səylərini qiymətləndirmir. Bəzi ölkələr bu meyarlara əməl etmədən Aİ üzvü olub, Türkiyənin qarşısına isə hər dəfə yeni maneələr qoyulur".

Deputat qeyd edib ki, Avropa elə öz prinsiplərini - Avropa İttifaqının əsasına çevrilmiş prinsipləri pozur: "AŞ PA-nın bu qərarı Türkiyəyə münasibətdə qərəzlidir. Bu qərar AŞ PA-nın özünə də təsir edəcək. Qərara baxmayaraq, Türkiyə daha da güclənəcək və demokratiyanı inkişaf etdirəcək".

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/539044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR