Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" ansamblının konserti - FOTO

Beynəlxalq  Muğam Mərkəzində "Baku Brass" ansamblının konserti - FOTO
18:57 26 Aprel 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

25 aprel Beynəlxalq Muğam Mərkəzində Baku Brass nəfəs alətləri ansamblının konserti keçirilib.

Milli.Az xəbər verir ki, ansamblın tərkibində Əməkdar artist Sirus Məmmədov (truba), əməkdar artist Rövşən Quliyev (truba), əməkdar artist Andrey Sabayev (valtorna), əməkdar artist Əli Hacıyev (tuba), Kamal Tapdıqov(trambon), Ucal Məmmədxam (zərb alətləri) çıxış edirdilər. Konsertdə həmçinin solistlər Vəli Budaqov (klarnet), Leyla Əliyeva (vokal) iştirak ediblər.

Qeyd edək ki, "Baku Brass" ansamblı 2005 ci ildən fəaliyyət göstərir. Ansamblın üzvləri  Ü. Hacıbəyli adına Azərbaycan Dövlət  Simfonik Orkestrinin solistləri, bir çox beynəlxalq, eləcə də respublika müsabiqələrinin laureatlarıdır.

Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri, məşhur filmlərin soundtrekləri səsləndi. Konsertin sonuncu nömrəsində Ü. Hacıbəylinin "Koroğlu" operasının  final musiqisi səslənib.

Musiqi həvəskarları ansamblın ifasında klassik, caz və gözəl musiqi nömrələri dinlədilər. Konsert gur alqışlarla başa çatdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/539042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR